ABŞ Aİ-ni Rusiyanın dondurulmuş 300 milyard dollarlıq aktivlərini müsadirə etməyə və yalnız Ukrayna ilə sülh razılaşmasından sonra geri qaytarmağa çağırır.
Sosialmedia.az xəbər verir ki , Bayden administrasiyası pulun yeni depozit hesabına köçürülməsini hədəfləyir. Trampın komandası bu ideyanı dəstəkləyir, avropalı siyasətçilər isə Rusiya aktivlərinin ələ keçirilməsinin hüquqi nəticələrindən narahatdırlar.
Bir mənbə qeyd edib ki, aktivlərin dondurulması Rusiyaya siqnal olacaq: “Pulunuzu geri almaq istəyirsinizsə, gəlib danışıqlar aparmalısınız”.
Vəsaitlər Rusiya Mərkəzi Bankına məxsusdur və Ukraynaya genişmiqyaslı işğaldan sonra dondurulub. Onların əksəriyyəti Aİ banklarında saxlanılır.
24 views