Sosialmedia.az xəbər verir ki , Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Şuşa və Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb.
Bu gün ümumilikdə 28 ailə (135 nəfər) öz ata-baba yurdlarına qayıdır.
Qeyd edək ki, Şuşa şəhərinə 2 ailə (8 nəfər), Xocalı şəhərinə 6 ailə (25 nəfər), Xocalının Ballıca kəndinə isə 20 ailə (102 nəfər) köçürülür.
24 views