Sosialmedia.az xəbər verir ki , Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə ərazisində qeydə alınıb.
İmişli rayonu, Qızılkənd kənd sakini 1998-ci il təvəllüdlü Elçin Natiq oğlu Heydarlının idarə etdiyi “Mercedes” markalı avtomobil 1988-ci il təvəllüdlü Hörmət Nüsrət oğlu Nurullayevi vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Cəbrayıl Rayon Polis Şöbəsində cinayət işi başlanılıb
61 views