Sosialmedia.az xəbər verir ki , Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindən sonra Rusiyanın Ukraynaya qarşı müharibəsinin “sabah və ya o biri gün bitməyəcəyini” bildirib.
Makron Fransa silahlı qüvvələrinə müraciətində Ukraynaya “güclü mövqedən gələcək danışıqlara girmək üçün vasitə” vermənin vacibliyini vurğulayıb. O, həmçinin Avropa dövlətlərini öz müdafiələri üçün daha çox məsuliyyət götürməyə çağırdığını təkrarladı.
“Amerikalı müttəfiqimiz Aralıq dənizindən hərbi gəmilərini geri çəksə, sabah Avropada nə edəcəyik? Əgər onlar öz döyüş təyyarələrini Atlantik okeanından Sakit okeana yenidən yerləşdirsələr? Cavab bizdən gəlməlidir”, – Makron bildirib
22 views