Sosialmedia.az xəbər verir ki , İmişli və İsmayıllı rayonlarında da, yas məclisləri ləğv olundu.
İsmayıllı və İmişlidə bəzi vaxtlarda cümə axşamlarının birinci və sonuncu olmaqla yalnız biri keçirilir. Yas mərasimləri əsasən üç, yeddi və qırx olmaqla təşkil olunur.
Ölən şəxsin ölümündən bir il keçdikdə isə bu, öz yaxınlarının iştirakı ilə təmtəraqsız qeyd olunur. Xatırladaq ki, cümə axşamlarının (bir cümə axşamı saxlanılmaqla) keçirilməsi Füzuli rayonunda da ləğv edilib. Buna bu ilin yanvarından vətəndaş müraciəti əsasında qərar verilib.
48 views