Sosialmedia. az xəbər verir ki, Bakıdan Ağstafaya gedən qatar Yevlaxda işıqforun qırmızı işığının yanılı qalmasına görə 1 saatdan çox yubanıb.
Məlum olub ki, işıqforların daimi qadağanedici işarə göstərməsinə səbəb həmin işıqforları qidalandıran 10 metr kabel xəttinin kəsilərək oğurlanmasıdır.
ADY bildirir ki, nəticədə Bakı-Ağstafa qatarı Yevlax stansiyasına 1 saat 15 dəqiqə, Ağstafa stansiyasına isə 1 saat 11 dəqiqə gecikmə ilə çatıb.
Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.
53 views