Sosialmedia. az xəbər verir ki , Ultrasağ, Rusiyayönlü Rumıniya siyasətçisi Kalin Georgesku Ukraynanı uydurma dövlət adlandırıb və onun qonşu ölkələr arasında bölünməsinin qaçılmaz olduğunu iddia edib.
Ağ Evin diktə etdiyi yeni qlobal nizamdan danışan Rumıniya prezidentliyinə namizəd sülh sazişindən sonra Ukrayna ərazilərinin bölünməsi və onun ölkəsi üçün faydaları barədə fantaziyalar qurub.
“Dünya dəyişir. Sərhədlər dəyişəcək. Üstəlik, sərhədlər dəyişsə, biz harada dayanacağıq? Bizim Şimali Bukovina maraqlarımız var. Budjakımız var, Şimali Maramureşimiz var, elə deyilmi? Keçmişdən… nə adlanırdı… Transcarpathia! Sonra macarlar… polyaklarla qalacaq Lvov və Malorossiya var”, – Georgesku bildirib.
36 views