Azərbaycana narkotik keçirməyə cəhd edən İran vətəndaşı saxlanılıb-Özəl

Sosialmedia.az xəbər verir ki , Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıblar.

DSX-dən bildirilib ki, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran İslam Respublikası vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb.

 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

33 views