Cəmil Həsənlinin anti-Azərbaycan mövqeyinə dəstəyi-Özəl

Sosialmedia.az xəbər verir ki , 2014-cü ildən Milli Şuraya rəhbərlik edən Cəmil Həsənli bu illər ərzində anti-Azərbaycan mövqeyi ilə gündəmdə olub.

Zaman-zaman Azərbaycana qarşı açıq fəaliyyət göstərən xarici ölkələrin yerli səfirliklərinə, bəzi beynəlxalq QHT-lərə verdiyi dəstəklə ictimai-siyasi sektorun etirazlı ilə üzləşən Cəmil Həsənli bu fəliyyətindən çəkinməyib. Bir zamanlar vəzifə üçün “düşmən” elan etdikləri ilə indi eyni komandada olması da onun reputasiyasına yazılan mənfilərdən sadəcə biridir.

Bu gün Azərbaycan bölgənin lider dövlətidir. Dünya gücləri Cənubi Qafqazda var olmaq üçün Azərbaycanla hesablaşmağa məcburdur. Azərbaycan torpaqlarını işğaldan azad edərək hərbi gücünü, siyasi iradəsini dünyaya göstərdi. Tarixi Zəfərlə bitən 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Türkiyə ilə “Şuşa Bəyannaməsi”, Rusiya ilə “Moskva müqaviləsi” imzaladı. Bu sənədlər bölgənin əsas söz sahibi olan 3 ölkənin razılaşması idi.

Bu razılaşmalar Qərb dairələrinin maraqlarına uyğun olmadığı üçün ABŞ və Avropa ölkələri Azərbaycanın üzərinə gəlməyə başladı. Onlara ilk dəstək verənlərdən biri də Cəmil Həsənli oldu.

Azərbaycan müstəqil ölkədir, heç bir qüvvə ölkənin daxili işinə qarışa, hansısa qərara müdaxilə edə bilməz. Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar beynəlxalq qurumların hesabatlarında da əks olunur. Proqnozlaşdırıla bilən iqtisadi potensial son illərdə ölkəyə yatırılan investisiyalardan da bəllidir. Amma bu məsələlərdən narahat olan bir qrup Qərb dairələri və Cəmil Həsənli vat. Maraqlıdır ki, “milli şura”nın sədrinin mövqeyi niyə hər zaman Azərbaycan düşmənlərinin mövqeyi ilə üst-üstə düşür? Bu heç Cəmil Həsənlini narahat edirmi?

Belə görünür ki, bu mövqe eyniliyi Qərb dairələrinin verdiyi “qrant”lardır. Yəni Cəmil Həsənli üçün məqsəd yenə də aylıq maaş almaqdır. Amma bunun üçün Soros Fonduna və ya buna bənzər digər Qərb təşkilatlarına “işə yarar” vəziyyətdə olduğunu sübut etməlisən. Bunun ən yaxşı yolu isə Azərbaycan düşmənçiliyidir. Ən azından Cəmil Həsənlinin belə düşündüyünü görmək mümkündür.

Son olaraq ötən günlərdə bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları AŞPA-ya müraciət edərək Azərbaycana qarşı bu qurumun tətbiq etdiyi sanksiyanın uzadılması üçün müraciət edib.

 

“Biz, aşağıda imza edənlər bir daha Avropa Şurası Parlament Assambleyasını 2025-ci ilin yanvar sessiyasında Azərbaycanın səlahiyyətlərinin dayandırılmasını təsdiqləməyə və onların bərpası üçün aydın və ölçü meyarlarını hazırlamağa çağırırıq”, – müraciətdə deyilir.

 

Müraciəti imzalayan təşkilatlar isə hər zaman Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən Jurnalistləri Müdafiəsi Komitəsi, Freedom Now, İnsan Hüquqları Evləri Fondu, Human Rights Watch, İnsan Hüquqları Rəsədxanası çərçivəsində Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH), İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq, Niderland Helsinki Komitəsi, Norveç Helsinki Komitəsi, İnsan Hüquqları Rəsədxanası çərçivəsində İşgəncələrə Qarşı Ümumdünya Təşkilatıdır (OMCT).

Maraqlıdır ki, bu müraciəti dəstəkləyənlər arasında Cəmil Həsənli və onin milli olmayan şurası da var.

Onu da qeyd edək ki, bu təşkilatların fəaliyyəti bir çox ölkələrdə daxili işlərə müdaxilə etmək səbəbindən qadağan edilib.

5278 views