Sosialmedia.az xəbər verir ki , Putini “b***ard” adlandıran rusiyalı musiqiçi “pəncərədən yıxılaraq” öldü
Ukraynadakı müharibəyə qarşı çıxış edən rusiyalı müğənni-bəstəkar cümə axşamı təhlükəsizlik əməkdaşları onun mənzilinə basqın edərkən pəncərədən “yıxılaraq ölüb”.
58 yaşlı Vadim Stroykin Sankt-Peterburqda yaşayan məşhur musiqiçi idi və Britaniyada təhsil almışdı.
Rusiya mətbuatının məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Stroykinin Ukrayna Silahlı Qüvvələrinə pul bağışlaması iddiası ilə ona qarşı açılmış cinayət işi ilə bağlı Sankt-Peterburqun mərkəzindəki Parfenovskaya küçəsindəki evinə baş çəkiblər.
Rusiya təhlükəsizlik xidmətləri ilə əlaqəsi olduğu güman edilən “Mash na Moike” Telegram kanalı həmin şəxsin intihar edərək öldüyünü eyham edərək deyib: “İstintaq zamanı həmin şəxs başqa otağa getmək üçün bəhanə tapıb, orada tez pəncərəni açıb və geri dönüşü olmayan hərəkətə keçib”.
2022-ci ildə Stroykin, Facebook-a oxşar platforma olan VKontakte sosial media saytında Moskvanın Ukraynaya genişmiqyaslı işğalı ilə bağlı bir sıra tənqidi yazılar yerləşdirdi.
Yazılarında Stroykin Vladimir Putini “təkcə qardaş xalqa qarşı müharibəyə getməyən, həm də öz xalqına qarşı müharibə elan edən şıltaq” kimi qələmə verib.
212 views