Sosialmedia.az xəbər verir ki , Tramp iddia edir ki, ABŞ Ukraynada müharibəyə son qoymaq üçün Rusiya ilə danışıqlarda “proqres əldə edir”.
Jurnalistlərə danışan Tramp Putinlə danışdığını təsdiqləyib, lakin hər hansı təfərrüatları açıqlamaqdan imtina edib.
“Bəli, söhbət olub. Və daha çoxunu gözləyirəm. Biz bu müharibəyə son qoymalıyıq”, – deyə o bildirib.
Reuters qeyd edir ki, bu, Putinlə ABŞ prezidenti arasında 2022-ci ilin əvvəlindən bəri rəsmi olaraq qəbul edilmiş ilk söhbət ola bilər.
“İnanıram ki, biz irəliləyiş əldə edirik. Biz Ukrayna-Rusiya müharibəsini dayandırmaq istəyirik”, – Tramp əlavə edib.
266 views