Sosialmedia.az xəbər verir ki , Prezident İlham Əliyev Çinin dövlət kanalına müsahibə verib.
• Bayden administrasiyası Azərbaycana ədalətsiz yanaşırdı.
• ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq.
• Biz hamımız Avropa və qərb liderlərinin son 4 ildə cənab Trampın prezident olmadığı dövrdə ona necə münasibət göstərdiyini bilirik.
• Bunlardan biri də Kanadanın baş naziri idi. Prezident Trampın onun barəsində dediyi cəmi bir kəlmə kifayət etdi ki, o, istefa versin.
• Onlar Trampa qarşı çox ədalətsiz davranırdı. İndi onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb.
• Düşünürəm ki, dünya daha təhlükəsiz ola bilər. Prezident Trampın ilk prezidentliyi dövründə ABŞ heç bir müharibəyə başlamadı. Əgər ABŞ-ın ən azı bir neçə onilliklər ərzində tarixinə nəzər salsaq, bu, nadir bir təcrübə idi. Azərbaycana gəlincə, biz əminik və nikbin fikirdəyik.
192 views