Bakıda bıçaqlanma hadisəsi baş verib-Özəl

Sosialmedia.az xəbər verir ki, Bakıda bıçaqlanma hadisəsi baş verib.

Məlumata görə, hadisənin istintaqı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Belə ki, hadisədə təqsirləndirilən 1996-cı il təvəllüdlü Etibar Məmmədov (ad şərtidir) Xaçmaz rayonunda anadan olub. O, ötən ilin aprelin 23-ü Abşeron rayonu, Əliağa Vahid küçəsində tanışı Qismət Qasımov (ad şərtidir) ilə mübahisə edib. Buna səbəb Qismətin onun bacısına mesaj yazması olub. Aralarında baş vermiş mübahisə zamanı Etibar evdən götürdüyü bıçaqla Qisməti ağır yaralayıb.

Nəticədə Etibar Məmmədov Azərbaycan Respublikası CM-nin 126.1-ci (sağlamlığa ağır zərbə vurma) maddələri ilə təqsirləndirilib.

168 views