Sosialmedia.az xəbər verir ki , gecə və səhər qarla müşahidə olunan güclü küləyin çovğun yaradacağı, bəzi yolların isə buz bağlayacağı ehtimalı var.
Bakıda və Abşeronda gecə və gündüz 0-3° şaxta olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti, dağlarda gecə 7-12°, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 2-7° şaxta proqnozlaşdırılır.
Bəzi rayonlarda yolların buz bağlama ehtimalı var
146 views