Ukrayna və ABŞ mineral ehtiyatlar üzrə sazişin şərtləri barədə razılığa gəliblər-Özəl

Sosialmedia.az xəbər verir ki , Ukrayna və ABŞ mineral ehtiyatlar üzrə sazişin şərtləri barədə razılığa gəliblər.

Vaşinqton ən sərt tələblərini, o cümlədən faydalı qazıntıların istismarından 500 milyard dollar potensial gəlir əldə etmək hüququndan imtina etdi. Bu güzəştdən sonra Kiyev indi müqaviləni imzalamağa hazırdır.

Müqavilə Ukraynanın mineral ehtiyatların və əlaqəli logistikanın “monetizasiyasından” gələcək gəlirlərinin 50%-ni ayıracağı fondun yaradılmasını nəzərdə tutur. Bu fond Ukrayna daxilindəki layihələrə sərmayə qoyacaq. Bununla belə, sənəddə Kiyevin əvvəlcə israr etdiyi ABŞ-dan heç bir təhlükəsizlik zəmanəti yoxdur.

ABŞ-ın fondda iştirak payı gələcək razılaşmalarla müəyyən ediləcək. Sənədin yekun təsdiqi üçün Ukrayna parlamentinin (Ali Rada) ratifikasiyası tələb olunacaq.

161 views