DİN: Mövcud hava şəraitinə görə polis zəruri təhlükəsizlik tədbirləri görür-Özəl

Sosialmedia.az xəbər verir ki , polisin gücləndirilmiş rejimdə xidməti paytaxtla yanaşı respublikanın hər bir istiqamətində davam etdirilir.

Sıxlıq yaranan ərazilərdə hava şəraitinin yaratdığı fəsadların aidiyyəti dövlət qurumları ilə birgə aradan qaldırılması istiqamətində işlər görülür.

Yaşayış məntəqələrini birləşdirən magistrallarda yaranan problemlərin aradan qaldırılması məqsədi ilə operativ tədbirlər həyata keçirilir. Hərəkətin təhlükəsizliyi tam təmin edilir.

Digər dövlət orqanları ilə birgə təşkil edilən fasiləsiz xidmət hal-hazırda da davam etdirilir.

148 views