“QHT məktəb deyil, böyük bir akademiyadır”- Səbinə Kərimova-Özəl

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova “Ümumdünya Qeyri-Hökumət Təşkilatları Günü” ilə bağlı Sosialmedia. az -a açıqlamasında bu günün vətəndaş cəmiyyəti üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib:

 

“QHT-lər cəmiyyətin bütün problemlərinin həllində yaxından iştirak edən fədakar bir ordudur. Onlar istedadlı insanları tanıdan, sosial problemlərin həllinə dəstək olan, dövlətçiliyimizin möhkəmlənməsi və milli maraqlarımızın qorunmasında fəal iştirak edən mühüm qurumlardır. QHT məktəb deyil, böyük bir akademiyadır və öz sahəsində peşəkar ekspertlər yetişdirərək cəmiyyətin inkişafına töhfə verir. Bu gün QHT-lərin fəaliyyəti qiymətləndirilməli və onların cəmiyyət üçün gördüyü işlər tanıdılmalıdır”.

 

Səbinə Kərimova QHT sektorunda çalışan bütün həmkarlarını Beynəlxalq QHT Günü münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb.

101 views