Sosialmedia.az xəbər verir ki , Avstriyanın hökumət koalisiyası rusiyayönlü ifrat sağçı olmadan formalaşıb.
Avstriya Liberal Partiyası (NEOS), Mühafizəkar Avstriya Xalq Partiyası (ÖVP) və Sosial Demokrat Partiyası (SPÖ) hakim koalisiya yaratmaq barədə razılığa gəliblər.
2024-cü ilin sentyabrında ifrat sağçı Avstriya Azadlıq Partiyası (FPÖ) parlament seçkilərində ən çox yeri qazandı. FPÖ Ukraynanın dəstəklənməsinə və Avstriyanın Rusiyaya qarşı sanksiyalarda iştirakına qarşı çıxır və belə tədbirlərin ölkənin neytrallığını pozduğunu iddia edir. Lakin qələbə qazanmasına baxmayaraq, partiya yeni hökumət koalisiyasından çıxarılıb.
47 views