Mövcud Ermənistan iqtidarı hər bir vəclə bölgə dövlətləri ilə düşmənçilik siyasəti aparmaqda israrlı görünür. Ermənistan Baş naziri Nikol Paşinyanın Qrəbə inteqrasiya siyasəti konkret olaraq bölgədə yeni separatizmə yol açılır. Xüsusilə də mülkü müşahidəçilər adı altında Ermənistanın bölgəyə gətirdiyi Avropa agentura şəbəkəsi konkret olaraq rəsmi İrəvanın Rusiyaya qarşı savaş bayraqlarını qaldırması anlamına gəlir.
Digər tərəfdən Ermənistanın Avropa Şurasına üzvlüklə bağlı qərar qəbul etməsi bölgədəki düzənin dəyişməsinə hesablanmış bir plandır. Ermənistanın bu qərarına münasibət isə açıqdır.
“Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlük digər oxşar təşkilatlarda iştirakla bir araya sığmır. Yeri gəlmişkən, əgər kimsə Avropa İttifaqına daxil olarsa, bu, təkcə Aİİ ilə deyil, həm də MDB ilə vidalaşmaq deməkdir”.
Sosialmedia.az xəbər verir ki , bu fikri Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədr müavini Andrey Klimov deyib.
Nəzərə alsaq ki, Ermənistan bütün zamanlarda Rusiyanın böyük dəstəyi ilə ayaqda durub, Paşinyan hakimiyyətinin bu gün davranışı münasibətlərdə daha ciddi problemlərə yol açacaq.
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk da Ermənistanın Avropa İttifaqına daxil olması ilə Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacağını bildirib. O, nəticədə Ermənistanda qiymətlərin qalxacağını, elektrik enerjisinin bahalaşacağını, ixracın 70-80 faiz azalacağını, vizasız rejim müqabilində əhalinin azalacağını, əhalinin gəlirlərini və iş yerlərini itirəcəyini proqnozlaşdırıb. A.Overçuk İrəvanın Aİ-yə üzvlüyünü “Titanik” gəmisinə bilet almaqla müqayisə edib.
Ekspertlər hesab edir ki, Ermənistan bu gedişləri Amerika Birləşmiş Ştatlarına arxalanaraq edir. Amma ABŞ-ın yeni administrasiyası Ermənistana bu istiqamətdə nə qədər dəstək verəcək, bu məsələ böyük sual doğurur.
Ermənistanın Qərbə bu ölçüdə yaxınlaşması Azərbaycanın da maraqlarına uyğun gəlmir. Söhbət ondan gedir ki, Avropa Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilir. Ermənistanda olan Avropa müşahidəçilərinin məqsədi isə regionda gərginliyi artırmaqdır.
Proseslərə nəzərdə saldıqda isə görünən odur ki, sözügedən “missiya” təxribatlarına ara verməyəcək.
Maraqlıdır, Vaşinqtonda Atlantik Şurasında çıxış edən baş nazir Nikol Paşinyan bildirir ki, Ermənistan Azərbaycanla delimitasiya olunmuş sərhəd sahələrində Aİ-nin “mülki missiya”sını yerləşdirməyə hazırdır.
Bütün bunları nəzərə aldıqda, Paşinyanın davranışlarının, tutduğu siyasi yolun bölgə üçün yaxşı heç nə vəd etmədiyini açıq şəkildə görmək olur.
Əslində, bu baş verənlər Paşinyan üçün də sonun başlanğıcı hesab olunur. Məsələ ondadır ki, Paşinyanın arxalandığı ABŞ-ın yeni fəaliyyətə başlayan Tramp administrasiyası onun yürütdüyü siyasətə hələlik açıq dəstək vermir.
Xatırlatma üçün qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası 7 fevralda Vaşinqtonda olan Ermənistanın Baş naziri Nikol Paşinyanın görüş təklifini rədd etmişdi. Bu barədə “Hraparak” nəşri məlumat yaymışdı.
Belə ki, rədd cavabı barədə qərar ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts və müdafiə naziri Pit Heqset tərəfindən verilib.
Paşinyanın həyat yoldaşı Anna Akopyan isə ABŞ vitse-prezidentinin xanımı Uşa Venslə görüş təşkil etməyə cəhd edib, lakin bu tələb də rədd olunub.
Görünən odur ki, Ermənistanın Rusiyadan üzv döndərərək Qərbə meyillənməsi yekunda onun “ortada qalmasına” gətirib çıxaracaq.
10265 views