Sosialmedia. az xəbər verir ki , Qarabağın bərpasında indiyə qədər 17-18 Türkiyə şirkəti 60 layihədə iştirak edib.
Bunu Türkiyənin Azərbaycandakı səfirliyinin baş ticarət müşaviri Yakub Sefer deyib.
Onun sözlərinə görə, Türkiyə şirkətlərinin Qarabağa yatırımları 3 milyard dollar civarındadır.
Hazırda ən önəmli məsələ Zəngəzur dəhlizinin açılması olduğunu bildirən baş ticarət müşaviri vurğulayıb ki, dəhlizin açılması tranzit daşımaları və ticarət əlaqələrinin genişlənməsinə böyük təsir edəcək.
“Bu baxımdan Ələt iqtisadi zonası çox önəmlidir və bölgə logistik mərkəzə çevriləcək. Bununla belə, dəhliz üzrə infrastrukturun gücləndirilməsi üçün Qazaxıstan və Türkmənistandakı liman infrastrukturun gücləndirilməsi lazımdır”- Yakub Sefer əlavə edib.
42 views