Sosialmedia.az xəbər verir ki , martın 3-ü axşam saatlarında Ali Radanın saytında ABŞ prezidenti Trampa, Konqresə və Amerika xalqına müraciət dərc olunub.
Məktubda Amerikanın dəstəyinə görə minnətdarlıq ifadə edilib və strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Bildirilir ki, “Ukrayna xalqı sülhü dünyada hamıdan çox istəyir və Trampın rolunun və onun sülhməramlı səylərinin Ukrayna, Avropa və bütün dünya üçün hərbi əməliyyatların tez bir zamanda dayandırılmasında və sülhün təmin edilməsində həlledici olacağına inanır”.
170 views