FHN od çərşənbəsi ilə bağlı əhaliyə müraciət etdi-Özəl

Sosialmedia. az xəbər verir ki , Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə bağlı əhaliyə müraciət edib. Nazirlik bayram tonqallarının təhlükəsizliyini təmin etmək üçün aşağıdakı qaydalara ciddi riayət olunmasını tövsiyə edir:

• Tonqalı yanar əşyalardan uzaqda qalamaq;

• Azyaşlıları nəzarətsiz buraxmamaq;

• Tonqal üzərindən ehtiyatla atılmaq;

• Tam sönənədək nəzarətdə saxlamaq;

• Şamları nəzarətsiz qoymamaq.

 

Xüsusilə küləkli havada tonqal yandırmaq təhlükəlidir. Həmçinin, pirotexniki vasitələrdən istifadə qadağandır.

 

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

185 views