Sosialmedia.az xəbər verir ki , Ukrayna ABŞ-ın hərbi yardımını bərpa etmək üçün Rusiyaya qismən atəşkəs təklif edəcək.
Təklifə pilotsuz təyyarələrin və uzaqmənzilli raket zərbələrinin dayandırılması, həmçinin Qara dənizdə döyüş əməliyyatlarının dayandırılması daxildir.
Kiyev indi Vaşinqtonla əlaqələrin bərpasına üstünlük verir. Mənbələr FT-yə bildirir ki, Ukrayna qismən atəşkəs təklif etməklə ABŞ-ın hərbi və kəşfiyyat dəstəyini bərpa edə bilər. Bu, martın 11-də Səudiyyə Ərəbistanında nümayəndə heyətinin görüşündə müzakirə olunacaq.
Bu arada ABŞ bu danışıqlardan Kiyevin Moskvaya, o cümlədən ərazi məsələlərinə güzəştə getməyə hazır olub-olmadığını qiymətləndirmək üçün istifadə edə bilər, Reuters xəbər verir.
56 views