Sosialmedia.az xəbər verir ki , Polşada 56 nəfərin böyrəyini satmaqda təqsirli bilinən ukraynalı qadın həbs edilib
35 yaşlı qadın İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olub.
O, 2017-2019-cu illərdə qeyri-qanuni olaraq insanların toxuma və orqanlarını toplayıb qara bazarda satıb.
Məlumatda qeyd olunur ki, saxlanılan şəxs Qazaxıstan, Ermənistan, Azərbaycan, Ukrayna, Qırğızıstan, Tacikistan, Özbəkistan və Tailanddan olan ümumilikdə 56 şəxsin böyrəklərini qanunsuz əldə edib.
27 views