FHN yel çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət etdi-Özəl

Sosialmedia.az xəbər verir ki , Fövqəladə Hallar Nazirliyi (FHN) Yel Çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib. Nazirlik bayram tonqallarının təhlükəsizlik qaydalarına uyğun yandırılmasının vacibliyini vurğulayıb.

 

FHN ötən çərşənbədə Bərdədə azyaşlı uşağın tonqala yıxılaraq həyatını itirdiyini xatırladaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasını tələb edir:

• Tonqal yanar əşyalardan uzaqda yandırılmalıdır.

• Azyaşlılar böyüklərin nəzarətində olmalıdır.

• Tonqal tam sönənədək nəzarət edilməlidir.

• Şamlar nəzarətsiz qoyulmamalıdır.

• Küləkli havada tonqal yandırmaq təhlükəlidir.

• Pirotexniki vasitələrdən istifadə qadağandır.

 

Unutmayın: Qaydalara əməl etməmək həyat üçün təhlükəlidir!

189 views