Sosialmedia.az xəbər verir ki , Macarıstan vətəndaşları arasında Ukraynanın Avropa Birliyinə daxil olub-olmaması ilə bağlı sorğu keçiriləcək.
Səsvermə bülletenində bir sual var: “Ukraynanın Avropa İttifaqına daxil olmasını dəstəkləyirsinizmi?” iki cavab variantı ilə: “Bəli” və ya “Xeyr”. Sorğu “milli məsləhətləşmə” çərçivəsində aparılacaq.
Səsvermə bülletenləri saxtakarlığın qarşısını almaq, surətini çıxarmaq və ya çoxaltmağı mümkünsüz etmək üçün təhlükəsizliklə qorunan kağız üzərində çap olunacaq.
Politico-ya görə, bu cür səsvermələrin nəticələri heç bir hüquqi əhəmiyyət daşımasa da, çox vaxt baş nazir Viktor Orbanın mübahisəli məsələlərdə mövqeyini gücləndirmək üçün istifadə olunur.
37 views