Rusiya Sumıdakı xəstəxanaya zərbə endirib-Özəl

Sosialmedia.az xəbər verir ki , Rusiya Sumıdakı xəstəxanaya zərbə endirib, təcili yardım xidmətləri 100-dən çox xəstəni təxliyə edib

Rusiya qüvvələri martın 18-də axşam saatlarında tibb müəssisəsinə hücum edib. Zərbə yanğınlara səbəb olub və yanğınlar xilasedicilər tərəfindən tez bir zamanda söndürülüb.

Binadan cəmi 147 xəstə, o cümlədən hərəkət qabiliyyəti məhdud olan 9 xəstə təxliyə edilib.

Partlayış dalğası uşaq tibb müəssisəsinə də ziyan vurub, lakin itkilər barədə məlumat verilməyib.

236 views