FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edib-Özəl

Sosialmedia.az xəbər verir ki , Novruz bayramı, milli dəyərlərimizin qeyd olunması ilə yanaşı, tonqalların qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində problemlərə səbəb olur.

İlaxır çərşənbəsində 19 yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edir:

• Tonqal ev, avtomobil, elektrik naqili və digər yanar əşyalardan uzaqda, təhlükəsizlik tədbirləri ilə yandırılmalıdır.

• Azyaşlılar nəzarətdə olmalıdır.

• Tonqal sönənədək nəzarətdə saxlanmalıdır.

• Şamlar nəzarətsiz qalmamalıdır.

• Pirotexnika vasitələrindən istifadə qadağandır.

Qaydalara əməl edin və təhlükə zamanı 112-yə zəng edin!

16 views