“Zirədə Bahar Şəfəqi” festivalı 16-17-18 mart tarixlərində Zirə Qəsəbə Mədəniyyət Mərkəzində izdihamlı şəkildə keçirildi. Üç gün ərzində yüzlərlə insanın iştirakı ilə bayram coşğusu yaşandı.
Sosialmedia.az xəbər verir ki, tədbirdə 120 nömrəli məktəbin direktoru Nazilə Məmmədova, Hövsan Mədəniyyət Evinin direktoru Cavid Məmmədov, İnci və Ay rəqs ansamblları, ADMİU-nun tələbələrinin fleyta və saz ifaları, İlham Klarnet ifaçısı, Zirə Çalğıçı Ansamblı və digər sənətçilər iştirak etdilər.
Festival çərçivəsində Kosa, Keçəl, Bahar qızı və Panda personajları şənliyə rəng qatdı. Eyni zamanda müxtəlif əl işləri, şirniyyat nümunələri, rəsm sərgiləri təqdim olundu.
Zirə Qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Röyal Cəbiyev bayram münasibətilə hər kəsi təbrik edərək ictimaiyyətə hesabat verdi.
Novruzun ilk işığı bu dəfə də Zirədən yüksəldi!