Sumqayıtda bilməyərəkdən sirkə turşusu içən 72 yaşlı qadın həyatını itirib.
Sosialmedia.az xəbər verir ki, hadisə şəhərin 1-ci mikrorayonunda qeydə alınıb.
1953-cü il təvəllüdlü Toyxanım Nağıyevanın meyiti oğlunun yaşadığı evdə aşkarlanıb.
Onun ehtiyatsızlıq nəticəsində sirkə turşusu içdiyi bildirilir.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
37 views