Sosialmedia.az xəbər verir ki , ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın Qara dənizdə atəşkəs üçün təklif etdiyi şərtləri nəzərdən keçirir.
“Hazırda bu məsələlərin hamısını nəzərdən keçiririk. Beş-altı şərt var. Biz onların hamısını nəzərdən keçiririk” dedi.
Rusiya şərtləri arasında “Rosselxozbank”a, Rusiyanın kənd təsərrüfatı istehsalçıları və ixracatçılarına, həmçinin ərzaq və gübrə ticarəti ilə məşğul olan gəmilərə qarşı sanksiyaların ləğvi də var.
91 views