Sosialmedia. az xəbər verir ki , Ağ Evdə ABŞ prezidenti ilə Senat tərəfindən təsdiqləndikdən sonra müxtəlif ölkələrdə səfir vəzifəsini icra edəcək namizədlərin görüşü baş tutub.
ABŞ-ın Türkiyəyə yeni səfiri postuna namizəd göstərilən Barak çıxışı zamanı Türkiyəni “ən qədim sivilizasiyalardan biri” adlandırıb və ölkəyə dair müsbət fikirlərini bölüşüb.
Onun bu sözlərinə cavab olaraq, Donald Tramp Türkiyə haqqında fikrini belə ifadə edib: “Bu, yaxşı ölkədir və yaxşı lideri var.”
91 views