Tramp Zelenskini “böyük problemlərlə” hədələyib-Özəl

Sosialmedia.az xəbər verir ki , Tramp Zelenskini mineral ehtiyatlar sazişindən imtina edəcəyi təqdirdə “böyük problemlərlə” hədələyib.

ABŞ prezidenti bəyan edib ki, Ukrayna prezidenti Ukraynanın mineral ehtiyatlarına dair razılaşmadan imtina etmək istəyir. O əlavə edib ki, Zelenski bunu etsə, “böyük problemlərlə üzləşəcək”. Bu problemlərin tam olaraq nədən ibarət olduğu məlum deyil.

 

ABŞ Ukraynanın faydalı qazıntıları, o cümlədən neft və qazı əhatə edən yeni saziş təklif edir, bunun müqabilində təhlükəsizlik zəmanəti təqdim etmir. Financial Times yazıb ki, Vaşinqton öz tələblərini aqressiv şəkildə genişləndirir. Kiyev bunun müqabilində Amerika investisiyalarının artırılmasını tələb edərək müqaviləyə düzəlişlər etməyi planlaşdırır.

56 views