1 Aprel – Gülüş və Zarafat Günü qeyd olunur-Özəl

Sosialmedia.az xəbər verir ki , bu gün dünyanın bir çox ölkəsində 1 Aprel – Gülüş və Zarafat Günü kimi qeyd edilir. İnsanlar yaxınlarına müxtəlif zarafatlar edərək, əyləncəli anlar yaşayırlar.

Tarixi tam dəqiq bilinməsə də, bu günün XVI əsrdə Fransada yeni təqvimə keçidlə əlaqəli yarandığı ehtimal olunur. O vaxt yeni ilin aprelin 1-dən yanvarın 1-nə keçirilməsi bəzi insanların hələ də köhnə adətə uyğun bayram etməsinə səbəb olub və digərləri onları zarafat hədəfinə çevirib.

Hazırda 1 Aprel dünyada şənlik, zarafat və xoş əhval-ruhiyyə günü kimi tanınır.

55 views