Sosialmedia.az xəbər verir ki, ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink istefa ərizəsini təqdim edib.
Məlumatı ABŞ Dövlət Departamentinin nümayəndəsi də Suspilə təsdiqləyib.
Onun istefasının USAİD-də son büdcə ixtisarı da daxil olmaqla şəxsi və siyasi problemlərin birləşməsi ilə əlaqəli olduğu bildirilir. Bundan əlavə, Brink Kiyevə köçə bilmədiyi ailəsindən uzaqda işləyir.
Bridget Brink 2022-ci ilin mayında ABŞ-ın Ukraynadakı səfiri təyin edilib. Bu yaxınlarda prezident Zelenski onu Rusiyanın Krivoy Roğa raket zərbəsinə “zəif cavab” verdiyinə görə tənqid edib – o, əvvəlcə bunun Rusiya raketi olduğunu qeyd etməyib. Brink daha sonra hücumun həqiqətən də Rusiya tərəfindən həyata keçirildiyini dəqiqləşdirib.
56 views