Sosialmedia.az xəbər verir ki, TƏBİB-in məlumatına görə, 11 aprel 2025-ci il, saat 03:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 6 nəfər (5 qadın, 1 kişi) zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub.
Onlara ilkin olaraq dəqiqləşdirilməmiş qastroenteritlər və kolitlər diaqnozu qoyulub. Həkimlər tərəfindən zəruri tibbi yardım göstərilib.
Pasiyentlərin vəziyyəti stabil qiymətləndirilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.
Hadisənin tortdan zəhərlənmə ehtimalı üzərində araşdırma aparılır.
59 views