Sosialmedia.az xəbər verir ki, Rusiya Ukraynanın şəhər və kəndlərini atəşə tutmaqda davam edir. Aprelin 14-də baş verən gecə hücumlarının nəticələrini təqdim edirik:
Zaporojjya vilayətinin Stepnohirsk şəhərində raket artilleriyasının endirilməsi nəticəsində 9 mərtəbəli yaşayış binasında yanğın baş verib. Pilotsuz təyyarənin hücumu Zaporojjya şəhərinin özündə də yanacaqdoldurma məntəqəsində yanğına səbəb olub.
Xarkovda düşmənin pilotsuz uçan aparatının zərbəsindən sonra birmərtəbəli anbar binası yanıb.
Odessada kamikadze pilotsuz təyyarənin hücumu nəticəsində tibb müəssisəsi zədələnib. Yaşayış binalarına, mülki infrastruktura, magistral yola, avtomobil təmiri sexinə və nəqliyyat vasitələrinə də ziyan dəyib.