Azər Zahid və Rövşən Təhməzovun həbs müddəti uzadılıb-Özəl

Sosialmedia.az xəbər verir ki, Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan aparıcı Azər Zahidin həbs müddəti uzadılıb.

Bu gün Nərimanov rayon Məhkəməsində bununla bağlı təqdimata baxılıb.

Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Azər Zahid barəsində həbs qətimkan tədbirinin 3 ay müddətinə uzadılması barədə qərar çıxarılıb.

Bundan başqa, “TikTok” əməliyyatları nəticəsində saxlanılan köməkçisi “TikToker” Rövşən Təhməzovun barəsində seçilmiş həbs qətimkan tədbirinin də müddəti uzadılıb.

Nərimanov rayon Məhkəməsində hakim Hafiz Kamranovn sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, onun həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, ötən ilin dekabr ayında DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Azər Zahid və digər şəxslərə qarşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə həmin əməllərdə təqsirli olan Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs ediliblər.

41 views