Sosialmedia.az xəbər verir ki, aprelin 6-da Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin birgə əməliyyatı nəticəsində, “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycana pilotsuz uçuş aparatı (PUA) vasitəsilə 14 kiloqram 240 qram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Narkotik vasitələr 14 kiloqram 200 qram marixuana və 40 qram metamfetamindən ibarət olub.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
41 views