Bank kartlarından 15 min manat oğurlandı – Vətəndaşlara xəbərdarlıq-Özəl

Sosialmedia.az xəbər verir ki, aprelin 16-da ayrı-ayrı vətəndaşların bank kartlarından müxtəlif kiber üsullarla ümumilikdə 15 min manat oğurlanıb. Daxili İşlər Nazirliyi (DİN) vətəndaşları diqqətli olmağa çağırıb.

Rəsmi məlumata görə, kart üzərindəki CVV/CVC kodu, OTP kodu, loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır və üçüncü şəxslərlə paylaşılmamalıdır. Bu məlumatları naməlum şəxslərə vermək, hesabdakı pulların oğurlanmasına və hətta kredit formasında zərər görməyə səbəb ola bilər.

DİN vətəndaşlara şübhəli zənglərə və cəlbedici maliyyə təkliflərinə qarşı diqqətli olmağı tövsiyə edir . Şəxsi bank məlumatlarını paylaşmamaq və təhlükəsizliyi təmin etmək vacibdir.
Hadisə ilə bağlı araşdırmalar davam edir.

62 views