Sosialmedia.az xəbər verir ki, kikboksçu Tulin Ələkbərova Nərimanov rayonunda yerləşən kafelərdən birində qadını döyməkdə ittiham edilir.
İş üzrə ibtidai istintaq tamamlanıb, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Tulinin təqsiri sübuta yetirilərsə, o, cərimə, azadlığın məhdudlaşdırılması və ya 2 ilə kimi həbsə məhkum edilə bilər.
Qeyd edək ki, Tulin Ələkbərova qaydasız döyüş üzrə məşqçi kimi də fəaliyyət göstərir. O, ötən il sevgilisi tərəfindən döyülməsi ilə gündəmə gəlmişdi.
47 views