Faşizmə ideologiyasında Qərbin alətinə çevrilən Ermənistan
XX əsrin ilk yarısında dünyada baş verən dərin geosiyasi dəyişikliklər İkinci Dünya Müharibəsinin başlanmasını qaçılmaz etdi. Nəticədə İkinci Dünya Müharibəsi baş verdi və SSRİ-nin qələbəsi ilə başa çatdı. Bu, SSRİ-nin faşizm üzərində qəlbəsi, dünyada faşizm ideologiyasının sona çatması deməkdir.
Müharibədən sonra başlayan Soyuq müharibə dövründə isə Qərb dairələri SSRİ-nin qələbədəki rolunu kölgəyə salmaq üçün ciddi təbliğat kampaniyasına başladılar. Bu proses bu gün də davam edir. Qərb yalnız Rusiya ilə deyil, keçmiş SSRİ-nin bütün respublikaları ilə eyni münasibəti nümayiş etdirir.
Bu fonda Ermənistan Qərbin bu siyasətinin açıq alətinə çevrilmişdir. Faşistlərlə əməkdaşlıq edən Qaregin Njde kimi fiqurlar bu gün “qəhrəman” kimi təqdim olunur. Halbuki Njdenin nasist ordularında fəaliyyəti, SSRİ-yə qarşı diversiya əməliyyatlarında iştirakı, hətta əsir düşmüş ermənilərin faşist ordularına cəlb olunmasında oynadığı rol sənədlərlə təsdiqlənmiş tarixi faktdır.
Ermənistanda Qaregin Njdenin heykəlin qoyulması da bu onların Qərbin yürütdüyü anti-SSRİ siyasətinə dəstək idi.
Xatırlatma üçün qeyd edək ki, 2016-cı ildə Ermənistanın paytaxtı İrəvanda İkinci dünya müharibəsi dövründə III Reyxlə əməkdaşlıq etmiş Qaregin Njdeyə böyük bir heykəl qoyuldu. Mayın 28-də heykəlin təntənəli açılış mərasimi keçirildi və açılışda o dövrkü prezident Serj Sərkisyan başda olmaqla rəsmi şəxslər iştirak edib.
Yəni Ermənistan hakimiyyətinin nasizmlə əməkdaşlıq etmiş şəxsin adını əbədiləşdirməklə bu siyasətə dəstək olduqlarını göstərdi. Bu, bir daha göstərir ki, nasizm və erməni faşizmi arasında heç bir fərq yoxdur. Erməni faşizmi bir sıra baxımdan nasizmdən də qəddardır. Belə hərəkət Ermənistanda terrorizmin dövlət siyasəti səviyyəsinə qaldırıldığını, adı dövlət olan Ermənistanın əslində terror təşkilatına çevrildiyini, Ermənistan rəhbərlərinin terror və terrorizmlə çulğalaşdığını və dövlət terrorunun mövcud olduğunu göstərir. Bu addıma başqa cür qiymət vermək mümkün deyil.
Ermənistan bu gün anoloji siyasətini davam etdirir. Separatizm, nasizm, faşizm ideologiyalarını dəstəkləyir və özlərinin dövlər idarəçiliyində tətbiq edir.
Bütün bunlar onu göstərir ki, İkinci Dünya Müharibəsində əgər SSRİ qalib olmasaydı, faşimz üzərində qəlbə çalmasaydı, bu gün dünyada faşizm hökm sürəcəkdi. Bunun isə nə qədər təhlükəli və zərərli bir ideologiya olduğu isə aydındır.
Digər tərəfdən İkinci Dünya Müharibəsinin nəticələri ilə formalaşan yeni beynəlxalq sistem – BMT-nin yaradılması, beynəlxalq hüquq prinsiplərinin formalaşması və güc balansının qurulması bu gün də aktualdır.
Tarix göstərir ki, İkinci Dünya Müharibəsinin iştirakçıları sadəcə ölkələr deyil, ideologiyalar idi. Bir tərəfdə irqçilik və işğalçılıq üzərində qurulan nasist bloku, digər tərəfdə isə azadlıq və ədalət uğrunda birləşən antihitler koalisiyası dayanırdı. Bu mübarizənin nəticəsində 50-dən çox ölkə birləşərək dünyanı faşizm təhlükəsindən xilas etdi.
9 May – Faşizm üzərində Qələbə Günü sadəcə tarix deyil, həm də bu günümüz və gələcəyimiz üçün dərsdir. Bu tarixi hadisənin mahiyyətini anlamaq və onu saxtalaşdırmaq istəyən Qərb qüvvələrinə qarşı həqiqətləri müdafiə etmək əsas tələblərdən biridir.
