Sosialmedia.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin kiçik giziri Rəhim Zeynal oğlu Novruzov yaşadığı mənzildə intihar edib. DSX-nin məlumatına görə, hadisənin hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verdiyi ehtimal olunur. Araşdırma aparılır.
Rəhim Novruzovun 7 ay əvvəl ailə həyatı qurduğu və yaxın zamanda ata olacağı bildirilir. O, Kürdəmirin Çöhranlı kəndində dəfn olunub.
22 views