Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib-Özəl

Sosialmedia.az xəbər verir ki, Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə Fəzail Bayramov küçəsində qeydə alınıb. “Toyota Prado” markalı avtomobil qadını vurub.

Müxtəlif xəsarətlər alan yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

20 views