İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən Pirallahı Tibb Mərkəzinə (Mərkəz) media-tur təşkil olunub.
Sosialmedia.az xəbər verir ki, Media-tur çərçivəsində Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli bildirib ki, tibb müəssisələrində həyata keçirilən monitorinqlərin məqsədi vətəndaşların icbari tibbi sığortadan maneəsiz şəkildə faydalanmasını təmin etmək, tibbi xidmətlərin keyfiyyətini yüksəltmək və bununla da ümumi məmnunluğu artırmaqdır. Onun sözlərinə görə, bu il də rayon mərkəzi xəstəxanalarında monitorinqlərin aparılması davam etdirilir:
“Monitorinqlər əsasən dövlət tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqi və təşkili vəziyyətini dəyərləndirməyə yönəlib. Qiymətləndirmə zamanı əsas meyarlar kimi Xidmətlər Zərfində nəzərdə tutulan tibbi xidmətlərin təşkili, pasiyent qəbulu və qeydiyyat prosedurlarının düzgün aparılması, kompüter avadanlıqlarının və internet bağlantısının mövcudluğu, eləcə də maddi-texniki təchizatın səviyyəsi nəzərə alınır”.
62 views