Sabah 23 dərəcə isti olacaq-Özəl

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 11-14°, gündüz 17-22° isti olacaq.

Sosialmedia.az xəbər verir ki, Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdə, axşam isə bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gecə 8-13°, gündüz 18-23°, dağlarda gecə 3-7°, gündüz 10-15° isti olacaq.

16 views