“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək”
İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 may 2025 -ci il tarixindən “Rəqəmsal İnkişafla Məşğulluq Yarat”
layihəsinin icrasına başlayır. Bu barədə Sosialmedia.az -a “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək”Ictimai Birliyi rəhbəri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə əlilliyi olan şəxslər üçun 3 aylıq kursları yaradılacaq və onlara bu kurslarda SMM öyrədiləcək. Layihəmizin əsas məqsədi: Əlilliyi olan gənclərin bilik və bacarıqlarını artıraraq onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, əmək bazarında tələb olunan rəqəmsal və media bacarıqlarına yiyələnmələrini təmin etmək və bununla da işsizlik səviyyəsini azaltmaqdır.Layihə 3 ay müddətində Sumqayıt şəhərində icra olunacaq deyə vurğulayıb.
