Sosialmedia.az xəbər verir ki, 9 may 1945-ci ildə SSRİ-nin faşist Almaniyası üzərində qələbəsi ilə İkinci Dünya müharibəsi başa çatdı. Bu zəfərdə Azərbaycanın rolu danılmazdır.
Hitlerin planlarında Bakı xüsusi yer tuturdu – nefti və strateji əhəmiyyəti ilə. Lakin Azərbaycanın 1941-ci ildə istehsal etdiyi 23,5 milyon ton neft (SSRİ-nin ümumi hasilatının 71%-i) qələbənin əsas dayaqlarından biri oldu.
600 mindən çox azərbaycanlı müharibədə iştirak edib, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Həzi Aslanov, Mehdi Hüseynzadə, Ziya Bünyadov kimi qəhrəmanların adları bu gün də hörmətlə anılır.
Qələbənin 80-ci ildönümündə bütün şəhidlərimizi ehtiramla yad edirik.
233 views