ABŞ-nin ən böyük avtomobil istehsalçısı olan “General Motors” (GM) Çinə avtomobil tədarükünü dayandırmaq qərarına gəlib. Şirkət bu barədə artıq Çindəki ixrac bölməsinin diler və əməkdaşlarını məlumatlandırıb.
Sosialmedia.az “Reuters” agentliyinə istinadla xəbərinə görə, bu barədə “General Motors” nümayəndəsi jurnalistlərə açıqlama verib.
Nümayəndənin sözlərinə görə, Çinin premium avtomobil seqmentinə yönəlmiş “GM Durant Guild” platforması vasitəsilə ABŞ-dən idxal olunan avtomobillər ölkədəki ümumi satışların 0.1 faizindən azını da təşkil edib.
“İqtisadi mühitdə baş verən mühüm dəyişikliklər səbəbindən biz “Durant Guild” platformasını yenidən qurmaq qərarına gəldik”, – deyə korporasiyanın bəyanatında bildirilir.
Bununla yanaşı, “GM China”nın ümumi fəaliyyətinin də optimallaşdırılacağı qeyd olunub.
Qeyd edək ki, “General Motors” Çində fəaliyyətini SAIC şirkəti ilə birgə yaratdığı müəssisələr vasitəsilə davam etdirir.
26 views