Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq.
Sosialmedi.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamla abidədə bərpa və konservasiya işlərinin aparılması üçün Prezidentin ehtiyat fondundan Naxçıvanın Nazirlər Kabinetinə ilkin olaraq 1 milyon manat vəsait ayrılıb.
32 views